BAKI, 4 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib. Hazırda 3 190 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, bu günə qədər isə ümumilikdə 2 433 585 test icra olunub.