Co Bayden: "Ailəmin heç bir üzvü hökumətin qərarlarına qarışa bilməz"

© © Jim Lo Scalzo / Pool via REUTERSДжо Байден
Джо Байден  - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
ABŞ prezidenti Co Bayden (Joe Biden) administrasiyasının etik normalara tam riayət edəcəyini, heç bir ailə üzvünün hökumətin və ya xarici siyasət idarəsinin qərarlarına qarışmayacağını söyləyib.

BAKI, 4 fevral - Sputnik. Ağ Evdə “People” jurnalına verdiyi müsahibədə ABŞ Prezidenti Co Bayden oğlu Hanter Baydenin Ukrayna və Çində reallaşdırdığı yatırımlar haqqında suallara cavab verib.

O, qeyd edib ki, "Obama-Bayden hakimiyyəti necə olubsa, Bayden-Harris hakimiyyəti də elə olacaq". Administrasiya etik normalara tam riayət edəcək. Ailəsindən heç kəs hər hansı bir dövlət işinə və yaxud xarici siyasətə müdaxilə etməyəcək.

Baydenə potensial vergi fırıldaqlarına görə istintaq altında olan oğlu və nümayəndəsi olduğu Floridadakı bir hüquq firmasının reklamında Baydenin adından istifadə etməkdə günahlandırılan qardaşı Frank haqqında da suallar verilib.

Amerikanın “Politico” nəşrinin xəbərinə görə, reklam məsələsində qardaşına xəbərdarlıq edən Bayden “Tanrı xatirinə, nə olar, hərəkətlərinə fikir ver" deyib.

Bayden oğlu və qardaşı barədə iddialar mediada yayılandan sonra ailə üzvlərinin siyasətə və hökumətin qərarlarına təsir etməyəcəklərini xüsusilə vurğulayıb.

Hanter Baydenin xarici əlaqələri artıq uzun müddətdir müzakirə mövzusudur.

Hanterin xarici əlaqələri, xüsusilə də Ukrayna ilə olan münasibətləri hələ ötən ilin sentyabr ayında yayımlanan bir televiziya proqramında ABŞ-ın o vaxtkı prezidenti Donald Trampla Co Bayden arasında müzakirə mövzusu olmuşdu.

Xəbər lenti
0