BAKI, 4 fevral - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib.
Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Sənədə görə, xüsusi nümayəndəlik fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi inzibati ərazi vahidində və ya onun hissələrində həyata keçirir və onun səlahiyyətləri həmin ərazi ilə məhdudlaşır. Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir. Xüsusi nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqan və qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Əsasnamənin tam mətni ilə buradan tanış olmaq mümkündür.