BAKI, 3 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,8 dollar artaraq 58,48 dollar təşkil edib.
“Brent” markalı neftin qiyməti 0,23 dollar artaraq 57,69 dollar, “Light” markalı neftin qiyməti isə 0,19 dollar bahalaşaraq 54,95 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.