CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qürur hədiyyəsini atası ölümüylə yazdı: şəhidimizin ilk övladı doğuldu - FOTO

© Sputnik / Rahim MammadovDoğum şöbəsinin qarşısında
Doğum şöbəsinin qarşısında - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Mingəçevir Mərkəzi Xəstəxanasının doğum evində dünyaya göz açan Fatimə Məmmədli şəhid Məhəmmədin ilk övladıdır.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. 27 yaşlı Məhəmməd Məmmədli Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Yaxınları ilə söhbətində şəhidlik zirvəsinə ucalmağı, bu zirvənin hər kəsə nəsib olmadığını deyirmiş. Yenicə dünyaya gələn körpə qızcığaz atasının ən böyük zirvəyə, şəhidliyə yüksəlməsindən xəbərsizdir. Böyüyəndə atası ilə qürur duyub, fəxr edəcək.

© Sputnik / Rahim MammadovFatimə Məmmədli 27 yaşlı şəhid Məhəmməd Məmmədlinin qızı
Qürur hədiyyəsini atası ölümüylə yazdı: şəhidimizin ilk övladı doğuldu - FOTO - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Fatimə Məmmədli 27 yaşlı şəhid Məhəmməd Məmmədlinin qızı

Sputnik Azərbaycan xəbər verir ki, Mingəçevir Mərkəzi Xəstəxanasının doğum evində dünyaya göz açan Fatimə Məmmədli şəhid Məhəmmədin ilk övladıdır. Həyat yoldaşı Aytac Məmmədli yenicə dünyaya gələn övladına atasının istəyinə uyğun olaraq Fatimə adını verdiyini deyir:

"Özünün arzusuydu, adını da Fatimə qoymuşdu. Kaş özü də görərdi. Ruhu şad olsun! Şəhidlik onun ən böyük arzusuydu. Həmişə deyirdi, şəhidlik böyük zirvədir, o, hər adama qismət olmur”.
© Sputnik / Rahim MammadovŞəhidin həyat yoldaşı Aytac Məmmədli
Qürur hədiyyəsini atası ölümüylə yazdı: şəhidimizin ilk övladı doğuldu - FOTO - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Şəhidin həyat yoldaşı Aytac Məmmədli

Dörd gün öncə Mingəçevir şəhər Xəstəxanasının doğum evində dünyaya gələn şəhid övladı Fatimə Məmmədli və anası Aytac Məmmədlinin vəziyyətləri normaldır. Bu haqda Mingəçevir Doğum evinin müdiri Rahilə İbadullayeva Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bildirib: "Bu il yanvar ayının 30-da əziz şəhidimiz Məhəmmədin ilk övladı qeysəriyyə kəsiyi ilə dünyaya gəlib. 3 kilo 500 qram sağlam durumda qız uşağıdır. Hazırda vəziyyəti kafidir. Ananın da, uşağın da vəziyyəti normalıdır”.

© Sputnik / Rahim MammadovMingəçevir Doğum evinin müdiri Rahilə İbadullayeva
Qürur hədiyyəsini atası ölümüylə yazdı: şəhidimizin ilk övladı doğuldu - FOTO - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Mingəçevir Doğum evinin müdiri Rahilə İbadullayeva

Şəhidin yeni doğulmuş körpəsi Mingəçevir doğum evindən öz evinə böyük coşqu ilə yola salınıb.

© Sputnik / Rahim MammadovDoğum şöbəsində
Qürur hədiyyəsini atası ölümüylə yazdı: şəhidimizin ilk övladı doğuldu - FOTO - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Doğum şöbəsində
Xəbər lenti
0