Ərdoğan Baydenlə görüşəcək

© © Chip Somodevilla / Getty Images / AFPДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
ABŞ-ın yeni Prezidentinin indiyə kimi dörd dəfə Türkiyədə olduğunu, Ərdoğanı şəxsən tanıdığını vurğulayan Sallivan qeyd edib ki, Bayden Türkiyə lideri ilə yaxından əməkdaşlıq etmək arzusundadır.

BAKI, 3 fevral — Sputnik. Yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenlə görüşəcək. Bu barədə Sputnik Azərbaycan Türkiyənin CNN kanalına istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanla 1 saatlıq telefon danışığı olub. Görüşün müsbət əhval-ruhiyyədə keçib, Kalınla Sallivan ikitərəfli münasibətlər və regional məsələlərdə fikir ayrılıqlarının azaldılması, ortaq maraqların və perspektivin gücləndirilməsi barədə razılığa gəliblər.

Baydenin indiyə kimi dörd dəfə Türkiyədə olduğunu, Prezident Ərdoğanı şəxsən tanıdığını vurğulayan Sallivan qeyd edib ki, ABŞ prezidenti Türkiyə lideri ilə yaxından əməkdaşlıq etmək arzusundadır. O, həmçinin: "Türkiyənin nə qədər mühüm bir ölkə olduğunun fərqindəyik", - deyə vurğulayıb.

Görüşdə Ərdoğanla Baydenin yaxın günlərdə görüşməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Sallivan bir qədər bundan əvvəl Türkiyə və Çini həm ABŞ, həm də Avropa İttifaqı üçün ortaq təhdid kimi qiymətləndirmişdi.

 

Xəbər lenti
0