Dünyanın hava daşımalarında böyük durğunluq yaranıb

© Photo : Facebook / Azerbaijan Airlines - AZALСамолеты ЗАО "Азербайджанские авиалинии" (AZAL)
Самолеты ЗАО Азербайджанские авиалинии (AZAL) - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası bildirib ki, 2020-ci ildə dünyada sərnişin daşımalarının həcmi rekord həddə azalıb.

BAKI, 3 yanvar - Sputnik. 2020-ci ildə dünyada sərnişin daşımalarının həcmi rekord həddə - 65,9 faiz azalıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında bildirilir.

O cümlədən beynəlxalq hava sərnişin daşımalarının həcmi illik hesabla 75,6 faiz, ölkə daxili daşımaların həcmi isə 48,8 faiz azalıb. 2020-ci ilin dekabr ayında isə həmin azalma müvafiq olaraq 85,3 və 42,9 faiz olub.

“Dekabr ayına dair məlumatlardan göründüyü kimi, hava daşımalarının bərpasında durğunluq yaranıb. Sərnişin dövriyyəsi illik hesabla 69,7 faiz azalıb. Bütövlükdə 2020-ci ildə sərnişinlərin sayı 66 faiz azalıb ki, bunun da hava nəqliyyatı tarixində ən böyük tənəzzül olduğu şəksizdir”, - açıqlamada vurğulanır.

Təşkilatın verdiyi məlumata görə, hava sərnişin daşımalarının həcmi Asiya – Pasifik regionu ölkələrində 80,3 faiz, Latın Amerikası ölkələrində 71,8 faiz, Avropa ölkələrində 73,7 faiz, Afrika ölkələrində 69,8 faiz, Şimali Amerika ölkələrində 75,4 faiz, Yaxın və Orta Şərq ölkələrində isə 72,9 faiz azalıb.

Xəbər lenti
0