BAKI, 3 fevral - Sputnik. Timurçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Timurçin Əfəndiyev tanınmış yazıçı İlyas Əfəndiyevin oğlu, baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin isə qardaşıdır.