Yanvarın 30-da Ağdamda inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi olub.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ictimaiyyətin müəyyən narahatlıqlarına son qoydu:
“Mərkəzin fəaliyyətə başlaması ilə yanaşı, müəyyən ümidlərin reallaşmasına əsas verir. Hələ də regionda hərbiləşmiş erməni silahlıları qalmaqdadır. Düşünürəm ki, həmin silahlı qrupların regiondan çıxarılması baxımından bu Monitorinq Mərkəzi ümidləri doğruldacaq. Son illər Türkiyə-Rusiya müttəfiqliyi bir çox regionlarda proseslərin sabitləşməsi ilə nəticələnib. Bu baxımdan bu əməkdaşlıq Dağlıq Qarabağ regionuna sülh və əmin-amanlıq gətirə bilər”.
İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz