CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Minatəmizləmə Agentliyinin nizamnaməsi təsdiq edilib

© Sputnik / Ilham MustafayevANAMA əməkdaşları Saloğlu kəndində
ANAMA əməkdaşları Saloğlu kəndində - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Müəyyən edilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.

BAKI, 2 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi" təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.

Nazirlər Kabineti Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, beynəlxalq təcrübə nəzərə alınmaqla "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti
0