Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 fevral — Sputnik. “Təklif edirəm ki, Azərbaycanın əsgər və zabitlərinin maaşları artırılsın. Buna bizim imkanlarımız da çatır”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
"Bu gün əsgər və zabitlərin maaşlarının azaldılması ilə bağlı xəbərlər tirajlanır. Bu xəbərlər Ordumuzun böyük qələbəsinə kölgə salır", - deyə o bildirib.
Deputat qeyd edib ki, əsgər və zabitlərin maaşları məsələsinə çox diqqətlə yanaşılmalıdır: "Yayılan xəbərlərlə bağlı hələ də əsaslı açıqlama verilməyib. Azərbaycan dövləti tarixdə heç vaxt bu qədər güclü olmayıb. Nəzərə alaq ki, düşmən tərəfindən də bu tirajlanan xəbərlər izlənilir".