BAKI, 1 fevral — Sputnik. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısı genişləndirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin siyahısına 155 yeni narkotik vasitə əlavə olunur, beləliklə, həmin narkotik vasitələrin sayı 187-yə çatdırılır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.