2020-ci ildə Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 3,374 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici 2019-cu il ilə müqayisədə 25,9% artıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, ötən ilin əvvəlində əhali kütləvi şəkildə milli valyuta dəyişərək ABŞ dolları almağa çalışırdı:
“Əvvəlcədən demək istəyirəm ki, bunun heç bir əsası yoxdur. Həmin dövrdə bir ajiotaj yarandı və nəticəsi olaraq da əhali banklara üz tutdu. Cari ildə ABŞ dollarının məzənnəsinin dəyişməsinə heç bir əsas yoxdur. Bu baxımdan dollar-manat kursunda hər hansı dəyişikliyin olması gözlənilmir. Yaxın 5 il ərzində dolların kursunda dəyişiklik olacağını ehtimal etmirəm”.
Elnur Sadıqovun geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz