BAKI, 1 fevral — Sputnik. Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi bu məlumatları qəti şəkildə təkzib edir: "Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".