CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çavuşoğlu Qarabağ barədə: "Həll edək dedik, amma kimsə yanaşmadı. Niyə?"

© © Fatih Aktas / Turkish Foreign Ministry via AP, PoolМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
"Qardaş, can Azərbaycan meydana endi, haqqını aldı, qanuni ona məxsus olanı aldı, torpaqlarını geri aldı. İndi isə diplomatiya deyirlər, ona da varıq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. "Dağlıq Qarabağda 30 ildir zülm vardı, işğal vardı. Diplomatiya dedik, həll edək dedik, amma heç kimsə yanaşmadı. Niyə? Ermənistanı dəstəkləyirdilər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Nə oldu? Qardaş, can Azərbaycan meydana endi, haqqını aldı, qanuni ona məxsus olanı aldı, torpaqlarını geri aldı. İndi isə diplomatiya deyirlər, ona da varıq. Cənubi Qafqazın sabitliyi üçün 3+3 formatında platforma, ikitərəfli, üçtərəfli görüşlər həyata keçiririk, atəşkəsə nəzarət edirik. Ermənistan bu səhvlərini anlayarsa, adam kimi davranarsa, ən çox qazanclı çıxan da Ermənistandır, erməni xalqıdır", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, yanvarın 30-da Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Заместитель председателя Совета безопасности РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
QARABAĞ
Medvedev: "Qarabağın nizamlanmasını Türkiyə ilə müzakirə etmək lazımdır"

Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.

Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Qarabağla bağlı Rusiya ilə qarşılıqlı əlaqədəyik – Vaşinqtonun elçisi>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0