BAKI, 1 fevral — Sputnik. "Azərsu" ASC 2021-ci ildə də ziyanla işləyəcək. Tarif dəyişikliyində hədəf mənfəət əldə etmək deyil, xidmətlərin yaxşılaşdırılması, dövlət büdcəsindən subsidiyaların aradan qaldırılmasına hesablanıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu səhmdar cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı deyib.
"Yeni tariflər amortizasiyadan əvvəlki xərclərimizi ödəyəcək, ancaq yenə səhmdar cəmiyyəti ziyanla işləyəcək. Böyük həcmli qurğular var. Onların amortizasiyasını nəzərə alsaq, 2021-ci ili ziyanla başa vuracağıq", - o qeyd edib.