Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bütün metro stansiyalarında dəyişiklik edildi

© Sputnik / Murad OrujovНовые составы "Бакинского метрополитена"
Новые составы Бакинского метрополитена - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Xəbərlərə abunə olun
Yeni inşa olunmuş və istismara hazırlanan "8 Noyabr", həmçinin "Nizami" və "Xalqlar dostluğu" stansiyaları istisna olmaqla qalan bütün stansiyalarda dəyişiklik edilib

BAKI, 1 fevral — Sputnik. Bakı metropolitenində dövri olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. QSC sədrinin əmrinə əsasən, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib.

Yeni inşa olunmuş və istismara hazırlanan "8 Noyabr", həmçinin "Nizami" və "Xalqlar dostluğu" stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar:

"Stansiya rəislərinin yerdəyişməsi Bakı metropolitenində mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birndən fərqlənir.

Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq Bakı metropolitenində kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir".

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала