BAKI, 1 fevral - Sputnik. Türkiyə beş il müddətində bağlı saxladığı Ağrı dağını turistlər və alpinistlər üçün açacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, ölkənin şərqində, Ermənistanla sərhəddə yerləşən dağ fevralın 4-dən dağadırmanma həvəskarlarının ixtiyarına veriləcək. Bu barədə ölkənin alpinizm federasiyasından məlumat verilib.
Ağrı dağı "xüsusi təhlükəsizlik" zonası elan edilərək 2015-ci ildən bəri ziyarətçilərin üzünə bağlanmışdı. Həmin vaxt PKK terrorçularına qarşı həmin bölgədə antiterror əməliyyatı aparılırdı.
Federasiyadan bildirib ki, dağa ilk çıxanlar qurumun məşqçiləri olacaqlar.