Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"SOCAR-ın balansında olan sahələr özəlləşdirilə bilər"

© Photo : REPORTSOCAR Tower, arxiv şəkli
SOCAR Tower, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
İqtisadçı SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsindən, Müşahidə Şurasının yaradılmasından danışıb, optimallaşma addımlarının atılacağını söyləyib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Azərbaycan Prezidenti "Dövlət Neft Şirkətinin (SOCAR) idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. Sənədə əsasən, Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına şirkətin uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək, onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan Prezidentinin 2020-ci il 5 noyabr tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri, o cümlədən SOCAR da daxil edilib: "İnvestisiya Holdinqinin həmin dövlət şirkətlərinin izafi xərclərdən qurtulması, xərclərə və investisiyalara nəzarət, idarəetmənin optimallaşdırılması, gəlirlə işləmək ilə bağlı görəcəyi işlər olmalıdır. Paralel olaraq SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Bu, yəqin ki, ilkdir. İnvestisiya Holdinqinin idarəetməsinə daxil olan digər dövlət şirkətləri ilə bağlı da bənzər addımların atılması gözlənilir".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan, 1920, 23.01.2021
İQTİSADİYYAT
Prezidentdən SOCAR barədə mühüm qərar - Şirkətə bu struktur nəzarət edəcək

O bildirib ki, yəqin Müşahidə Şurası yaradıldıqdan sonra SOCAR-ın idarəedilməsi ilə bağlı optimallaşma addımları atılacaq: "SOCAR-ın strukturları ilə bağlı problemlər var. SOCAR neft-qaz çıxartmaqdan, neft emalından və benzin satışından başqa digər sahələr ilə də məşğuldur, çoxlu törəmə şirkətləri var. Bu da SOCAR-ın effektiv idarəedilməsinə imkan vermir, yəni kifayət qədər problemlər yaradır. Ola bilər Müşahidə Şurası tərəfindən SOCAR-ın bəzi törəmə şirkətləri və bəzi aktivləri ilə bağlı qərarlar verilsin. Ümumiyyətlə, SOCAR-ın idarəedilməsinin optimallaşdırılması ilə bağlı müəyyən qərarların alınması gözlənilir".

"Səlahiyyət bölgüsü ilə bağlı növbəti addımların atılması gözlənilir. Yəqin ki, Müşahidə Şurası tərəfindən yaxın zamanlarda səlahiyyətlərin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı da qərar olacaq. Əsas məqsəd SOCAR-ın gəlirlə işləməsinə, SOCAR-ın izafi xərclərinin qarşısının alınmasına və s. yönəlib. SOCAR-ın fəaliyyətinə birbaşa aidiyyəti olmayan, lakin qurumun balansında olan sahələr özəlləşdirilə bilər və yaxud da digər qurumlar yaradılaraq onların idarəetməsinə verilə bilər", - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, "Azərbaycan İnvestisiya Holdinqi" publik hüquqi şəxs Azərbaycan Prezidentinin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb və Nizamnaməsi təsdiq edilib.

Xəbər lenti
0