CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев и Первая леди Мехрибан Алиева в Абшеронском районе
Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева в Абшеронском районе - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
İlham Əliyev və Mehriban Əliyeva Abşeron rayonunda müxtəluf təyinatlı obyektlərə baş çəkib, Yasamalda salınan yeni parkda olublar

BAKI, 1 fevral - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə dövlət başçısının rəsmi səhifəsində məlumat verilib.

Prezident və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar

Sonra onlar Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak edib, xəstəxanada yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 4 hektar sahədə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.

© Official website of President of Azerbaijan RepublicAbşeron Rayon Mərkəzi Xəstəxanası
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abşeron Rayon Mərkəzi Xəstəxanası

Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında da iştirak edib, orada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyası istismar müddətini başa vurduğuna və artan tələbatı qarşılaya bilmədiyinə görə tam yenidən qurulub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Prezident İlham Əliyev yenidən qurulan “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib

Bakı şəhərinin dairəvi elektrik təchizatı üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu yarımstansiyaya Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik ötürmə xətti çəkilib. Bu, Mingəçevir şəhərindəki generasiya mənbələrindən asılılığı azaltmağa xidmət etməklə yanaşı, paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsində əvəzsiz rol oynayır.

Prezident İlham Əliyev məsafədən idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə də tanış olublar.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseyində
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseyində

Dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən korpusda müasir sinif otaqları, informatika, hərbi hazırlıq, əmək təlimi, məktəbəqədər hazırlıq kabinetləri yaradılıb və zəruri dərs vəsaiti ilə təchiz olunub. Yeni korpusun Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır.

© Official website of President of Azerbaijan RepublicXırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-lisey
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-lisey

Burada, həmçinin STEAM – elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat otağı, laboratoriyalar, akt zalı və açıq idman meydançası yaradılıb. STEAM sistemi işarələrlə, alqoritmlərlə robotexnologiyanın hazırlanması və proqramlaşdırılması, onların üzərində uşaqların birgə əməkdaşlığı, digər fənlərlə inteqrasiyasını nəzərdə tutur. Bu, mahiyyət etibarilə yeni təfəkkür formasının yaradılması deməkdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında

Prezidentin tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında
Prezident İlham Əliyev və xanımı bir sıra vacib obyektlərə baş çəkiblər - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir. Artıq yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti üçün bütün şərait var.

Xəbər lenti
0