CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəhayət: Azərbaycanda koronavirusa yoluxma sayı ikirəqəmliyə düşdü

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Uzun aylardan sonra Azərbaycanda bir sutka ərzində koronavirusa yoluxma sayı ikirəqəmliyə düşüb. Xəstəlikdən sağalma sayı da yoluxanları iki dəfə üstələyir

BAKI, 1 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 984, ötən müddət ərzində isə ümumilikdə 2 412 034 test aparılıb.

Xəbər lenti
0