Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 fevral — Sputnik. Cəmiyyətə şəhidlər ilə bağlı, kommunal xidmətlərin tariflərinə dəyişikliklər edilən zaman doğru izahlar verilməlidir. Bundan sui-istifadə edən qüvvələr böyük Qələbəyə kölgə salmağa çalışırlar.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.
"Məmur özbaşınalığı dövlət üzərinə töhmət gətirə bilir. Hamı əlini daşın altına qoyub fədakarlıq etməlidir. Qələbəni həzm edə bilməyən qüvvələr başqa yerdən bəndin deşilməsini gözləyirlər", - deyə o qeyd edib.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının növbəti iclasında “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.