CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə cərimənin qüvvədən düşəcəyinə sevinirsiz? Bir baxın mahiyyəti nə imiş

© Sputnik / Rahim MuradovLənkəranda sərt karantin rejimi
Lənkəranda sərt karantin rejimi - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib

BAKI, 1 fevral — Sputnik. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilmədiyi halda sonrakı vaxtlarda icra edilməyəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, mövcud qanuna görə, inzibati cərimə istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməyibsə, daha icra edilmirdi.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0