CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz altı günün "acısı" çıxır: soyuq siniflərdə uşaqlar nəyə sevinirlər - REPORTAJ

© Sputnik / Zulfiyya Guluyeva51 saylı məktəbdən reportaj
51 saylı məktəbdən reportaj - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Sputnik Azərbaycan  paytaxtdakı məktəblərdə 106 gündən sonra əyani dərslərin gedişini izləyib. Balaca məktəblilərin dediyinə görə, məktəbdə dərs daha maraqlı olur və tez başa çatır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Bu gündən etibarən Azərbaycanda məktəblərdə ənənəvi tədrisin bərpasına başlanıb. Sputnik Azərbaycan  paytaxtdakı məktəblərdə 106 gündən sonra əyani dərslərin gedişini izləyib.

Öncə qeyd edək ki, pandemiya dövründə tədrisin mərhələli təşkili məktəblərə qəribə bir sükut çökdürmüşdü. Hər zaman məktəbin həyətində toplaşan valideynlər də gözə dəymirdilər. Elə Bakının 51 saylı məktəbinin qapısında bizi mühafizəçi qarşıladı. Bildirdi ki, pandemiyaya görə məktəbə müəllim və şagirdlərdən başqa heç kəs buraxılmır. Məktəbin giriş qapısında "Məktəblinin dostu" tərəfindən temperaturumuz ölçüldükdən, əllərimiz dezinfeksiya edildikdən sonra içəri daxil olduq. 51 saylı məktəbin diektoru Tərlan Bayramova ilə söhbət zamanı öyrəndik ki, bu gün 22 ibtidai sinifdə şagirdlər qruplara bölünərək ənənəvi tədrisə start verilib. O, hazırda 5 məktəbəhazırlıq qrupu üzrə dərslərə başlanıldığını bildirdi. Direktorun sözlərinə görə, müəllimlərə tibbi maska taxmaqla yanaşı, üz sipərindən də istifadə etmək tapşırığı verilib. T.Bayramova bildirdi ki, şagirdlər isə tibbi maska taxmaqda sərbəstdirlər.

© Sputnik / Zulfiyya Guluyeva51 saylı məktəbin diektoru Tərlan Bayramova
Yüz altı günün acısı çıxır: soyuq siniflərdə uşaqlar nəyə sevinirlər - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 01.02.2021
51 saylı məktəbin diektoru Tərlan Bayramova

Daxil olduğumuz sinif otaqlarında müəllimlər tibbi maska ilə bağlı tapşırığa ciddi riayət edirdilər. Hətta şagirdlər arasında da məcburi olmasa belə, maska taxanlar vardı. Sinif otaqlarında şagird sayı isə 11-13 arasında dəyişirdi. Onlar bu dəfə dərslərdə parta yoldaşları olmadan, tək əyləşmişdilər. 4 "Ç" sinfinin ibtidai sinif müəllimi Dərvişova Səbinə Sputnik Azərbaycan-a bildirdi ki, sinifdəki 28 şagirddən bu gün dərsdə 14 şagird iştirak edir: "Biz pandemiyaya görə sinifləri iki qrupa bölmüşük. Bu gün birinci yarımqrup üzrə bütün şagirdlər dərsə gəliblər. Uşaqlar da, valideynlər də məktəbdə dərs keçməyi daha çox istəyirlər".

Qafarova Sevil 1 "C" sinfinin ibtidai sinif müəllimidir. Onun sözlərinə görə, sinifdə 27 şagird var. Bu gün 13 şagirddən iki şagird dərsə gəlməyib: "Sinif yoluxma riskinə görə iki qrupa bölünüb. Ənənəvi təhsil könüllüdür. Amma şagirdlər də, valideynlər də dərslərin məktəbdə keçirilməsinin tərəfdarıdırlar. Ona görə sinifdə davamiyyət aşağı deyil".

© Sputnik / Zulfiyya Guluyeva
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi - Sputnik Azərbaycan
1/5
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi
© Sputnik / Zulfiyya Guluyeva
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi - Sputnik Azərbaycan
2/5
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi
© Sputnik / Zulfiyya Guluyeva
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi - Sputnik Azərbaycan
3/5
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi
© Sputnik / Zulfiyya Guluyeva
Bakıda 51 saylı məktəbdə tulluntı qutusu - Sputnik Azərbaycan
4/5
Bakıda 51 saylı məktəbdə tulluntı qutusu
© Sputnik / Zulfiyya Guluyeva
Bakıda 51 saylı məktəbdə istifadə olunmuş baxillər üçün yeşik - Sputnik Azərbaycan
5/5
Bakıda 51 saylı məktəbdə istifadə olunmuş baxillər üçün yeşik
1/5
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi
2/5
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi
3/5
Bakıda 51 saylı məktəbdə ənənəvi tədrisin bərpasından sonra dərs prosesi
4/5
Bakıda 51 saylı məktəbdə tulluntı qutusu
5/5
Bakıda 51 saylı məktəbdə istifadə olunmuş baxillər üçün yeşik

Şagirdlərlə də söhbət zamanı onlar məktəbə gəlməyə sevindiklərini dilə gətirdilər. Balaca məktəblilərin dediyinə görə, məktəbdə dərs daha maraqlı olur və tez başa çatır.

Məktəbdə məlumat verildi ki, bu gün dərsə gələn şagirdlər arasında temperaturu olan, özünü halsız hiss edən olmayıb. Amma bununla belə məktəbdə karantin otağı ayrılıb. Tibb otağı da fəaliyyət göstərir.

Məktəbin tibb bacısı Lalə Qurbanova səhər dərs başlayandan siniflərdə şagirdlərə vizual baxış keçirildiyini, tibb otağına özünü piss hiss edən şagirdin gətirilmədiyini bildirdi: "Bütün şagirdlər məktəbin giriş qapısında temperaturu ölçüldükdən, əlləri dezinfeksiya edildikdən sonra içəri buraxılır. Bununla yanaşı, biz siniflərdə şagirdlərə vizual baxış keçiririk ki, özünü halsız hiss edən şagirdləri karantin otağına aparaq. Amma hələ ki, bu gün dərsə gələn şagirdlərin səhhətində narahatlıq qeydə alınmayıb".

© Sputnik / Zulfiyya GuluyevaBakıda 51 saylı məktəbdə tibb otağı
Yüz altı günün acısı çıxır: soyuq siniflərdə uşaqlar nəyə sevinirlər - REPORTAJ - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Bakıda 51 saylı məktəbdə tibb otağı

Məktəbdə pandemiya dövründə bütün gigiyenik tədbirlər görülsə də, sinif otaqları soyuq idi. Hətta bu səbəbdən müəllimlərin çoxunun sinifdə üst geyimində oturduğu da diqqətimizdən qaçmadı. Məktəb direktoru bildirdi ki, dərslər başlamazdan öncə istilik sistemi qoşulsa da, məktəb böyük olduğundan otaqların isinməsi müəyyən zaman alır.

T.Bayramova bununla belə bu günə cəmi iki valideynin övladını məktəbə göndərməmək üçün iltizam imzaladığını bildirdi.

Xəbər lenti
0