BAKI, 31 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bu gün Moskvada razılaşdırılmamış etiraz aksiyasında saxlanılıb.
Юлия Навальная вышла сегодня на акцию протеста. Она у Сокольников. Фото: instagram / yulia_navalnaya pic.twitter.com/0Cn9zdoLZW
— Дождь (@tvrain) January 31, 2021
Sputnik Azərbaycan bildirir ki, bu barədə RT-nin Telegram kanalı məlumat yayıb. İnsidentin detalları açıqlanmır.
Юлия Навальная задержана полицией при мирной прогулке по Москве. Защитника к ней не пустили, не представились, не предъявили удостоверений, не назвали причину задержания. pic.twitter.com/GO6bE3KXo6
— Vyacheslav Gimadi (@vigimadi) January 31, 2021
Xatırladaq ki, Yuliya Navalnaya bir həftə əvvəl də qanunsuz aksiyada iştiraka görə həbs edilmişdi. Bir neçə saat sonra onu heç bir protokol tərtib etmədən azadlığa buraxmışdılar.
Bu gün səhərdən Rusiyanın bir neçə şəhərində, o cümlədən paytaxtda Navalnının tərəfdarları etiraz aksiyaları keçirməyə cəhd edirlər. Yerli hakimiyyət nümayəndələri ilə razılaşdırılmamış aksiyalarda artıq yüzlərlə saxlanılan var.
Yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb.
Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.