BAKI, 31 yanvar - Sputnik. Moskvada bloger və müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnının tərəfdarlarının razılaşdırılmamış aksiya keçirmək cəhdlərinin qarşısı alınır.
Как похорошел Москва при Сергее Семеновиче Собянине! Трубная сейчас. Видео: The Insider pic.twitter.com/IEDVPivyAf
— The Insider (@the_ins_ru) January 31, 2021
Bir qədər əvvəl "Rosqvardiya"nın (Rusiya Qvardiyası) əməkdaşları Moskvanın mərkəzindəki Trubnaya meydanına səhra mətbəxi gətiriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onlar ürəyi istəyəni çaya qonaq etmək niyyətindədirlər. Ancaq ürəyiaçıq əsgərlər Trubnaya meydanına giriş-çıxışı bağlayıblar. Orada keşik çəkən polislərin və "Rosqvardiya"nın əməkdaşlarının əsas vəzifəsi aksiya iştirakçılarını meydana buraxmamaqdır.
The arrests are beginning at Sukharevskaya. #navalnyprotests #navalny #31января #moscow #Москва pic.twitter.com/lCsDVpKzA5
— Daily from the Duma (@FromTheDuma) January 31, 2021
Səhər saatlarından indiyədək Trubnaya meydanında 10 nəfər tutularaq aparılıb. Paytaxt üzrə tutulanların sayı isə 300-dən çoxdur.
Bir neçə saat əvvəl ölkənin uzaq şərqindəki Vladivostokda yüzə yaxın aksiya iştirakçısı saxlanılıb. Şəhər mərkəzindəki meydana buraxılmayanlar buz üstünə çıxıblar. OMON əməkdaşları isə onları sahilə doğru sıxışdırıblar.
Владивосток вышел на лёд Амурского залива и проводит митинг против Путина. Тяжеловооруженные полицаи, гайцы, ситхи и покемоны в шоке. Они боятся выйти на лëд, помня о судьбе крестоносцев, псов рыцарей Ливонского ордена на Чудском озере. pic.twitter.com/m5JpqyD8ew
— Anna (@SantaFantik) January 31, 2021
Yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb.
Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.
Bu gün üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxtda yeni razılaşdırılmamış etiraz aksiyalarının keçirilməsi planlaşdırılıb.