BAKI, 31 yanvar - Sputnik. İkinci Dünya müharibəsinin veteranı, koronavirusla mübarizə aparan həkimlər üçün 45 milyon dollar toplayan Tom Mur COVID-19 diaqnozu ilə xəstəxanaya aparılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə onun qızı Murun Twitter-dəki səhifəsində yazıb.
— Captain Tom Moore (@captaintommoore) January 31, 2021
"Atam xəstəxanaya aparıldı. Son bir neçə həftə ərzində pnevmoniyadan müalicə alırdı. Ötən həftə isə COVID-19 analizinin cavabı müsbət çıxdı", - qız yazıb.
O qeyd edib ki, Murun nəfəs darlığı olduğundan xəstəxanaya yatırılıb. O, hazırda reanimasiyadadır.
Here's a bit of behind the scenes fun to brighten your weekend - showing Captain Tom has a penchant for getting things just so...
— Captain Tom Moore (@captaintommoore) January 23, 2021
"Well that's no good we like it perfect" #bloopers #TomorrowWillBeAGoodDay pic.twitter.com/BuiWvafWuP
Tom Mur COVID-19-la mübarizədə yardım məqsədilə Britaniya Milli Səhiyyə Xidməti üçün ianə toplaması ilə məşhurlaşmışdı. Böyük Britaniya kraliçası II Elizabet Muru cəngavər tituluna layiq görüb.