CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədən kənarda müharibəni dadanlar: dirçəlmək vaxtı yetişdi - FOTO

© Sputnik / Rahim MammadovGöranboyda bərpa işləri
Göranboyda bərpa işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhər ərazisində bərpa, təmir-tikinti işlərinə başlayıb. Bunlar arasında Goranboyun cəbhə xəttindən uzaqda olsa da, erməni bombalarına tuş gələn kəndləri də var

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. Qəhrəman əsgərin, yenilməz ordunun qarşısında tab gətirməyən Ermənistan silahlı qüvvələri dinc sakinləri hədəf seçir, onların yaşadığı kəndləri, şəhərləri, ağır artilleriya, raket və digər mərmilər vasitəsilə dağıtmağa çalışırdı. Amma bütün çətinliklərə baxmayaraq 44 günlük Vətən müharibəsində həmin yaşayış məntəqlərinin sakinləri öz doğma yurd-yuvalarını tərk etmədilər.

Goranboyun Tap Qaraqoyunlu kəndi də ən çox atəşə məruz qalan yaşayış məntəqələrindən olub. Ermənilərin hədəf seçdiyi kənddə artıq təmir-bərpa işlərinə başlanılıb. Kənd sakini Əfiqə Məmmədova Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində mərmilərin təsirindən evinin yararsız vəziyyətə düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Göranboyda bərpa işləri - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim Mammadov
Göranboyda bərpa işləri - Sputnik Azərbaycan
2/4
© Sputnik / Rahim Mammadov
Göranboyda bərpa işləri - Sputnik Azərbaycan
3/4
© Sputnik / Rahim Mammadov
Göranboyda bərpa işləri - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

"Qəhrəman rayonun, qəhrəman Tap Qaraqoyunlunun sakiniyəm. Biz bu kənddə yaşamışıq, müharibə başlayan vaxtda evimiz dağıldı. Pis vəziyyətə düşdü. İkiotaqlı evi bərpa etmək mümkün olmadı, söküb yenisini tikəcəklər. Artıq texnikalar da gətirilib, yeni evin bünövəsi qazılır".

Goranboyun Səfikurd kəndi cəbhə bölgəsindən xeyli uzaqda yerləşsə də, ermənilər bu yaşayış məntəqəsini də atəşə məruz qoyurdular. Kənd sakini Həqiqət Cəfərnicatinin həyətinə düşən "Smerç" raketi yaşayış evini yararsız hala salıb. Kənd sakini artıq yeni evin tikintisi üçün iş aparıldığını deyib: 

"Oktyabrın 1-i evimə raket düşüb bərbad hala saldı. Şükür ki, insan tələfatı olmadı. Müharibə qurtardıqdan sonra Prezidentin göstərişi ilə gəlib baxdılar, evin yenidən tikilməsinə qərar verdilər. Bir neçə gündür işə başlanıb. Prezidentimizə çox təşəkkür edirəm. Əvvəlki evin kvadratına görə tikirlər, evimizin kvatdratı nə qədərdisə, hər şeyi yerli-yerində qurub, yaradıb verəcəklər. Əməyi keçən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən əhaliyə dəymiş ziyanı aradan qaldırmaq üçün ölkə başçısının müvafiq sərəncamı ilə işlər sürətlə həyata keçirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa prosesi indiki mərhələdə 11 rayonu əhatə edir.

Xəbər lenti
0