BAKI, 31 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 2302219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223315 nəfər müalicə olunaraq sağalıb, 3132 nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.
Ölkədə son sutka ərzində 6330, hazırkı dövrədək isə 2408050 test aparılıb.