Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə zəruri tədbirləri davam etdirir.
İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, sosial şəbəkələrdə Azərbaycan məhsullarına tətbiq edilən qadağaların siyasi motivli olması haqqında xəbərlər yayılsa da əslində bu belə deyil:
“Məsələyə differensial yanaşılaraq tələbləri yerinə yetirən istehsalçıların ixrac imkanları bərpa edildi. Rusiya tərəfinin istehsalçılarımız qarşısında qoyduğu problemlər həqiqətən var idi. Kənd Təsərrüfatı Nazirliyi və AQTA-nın məsələyə qarışması ilə göstərilən problemlərin aradan qaldırılacağına inanıram. Məhdudiyyətlərin aradan qaldırılması yerli istehsalçılarımıza müsbət təsir göstərəcək”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz