Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Öləndə sizə xəbər verəcəm" - Tanınmış aktyor üsyan etdi

Abunə olmaq
Qısa boyu ilə məşhurlaşan aktyor deyib: "Məni nə qədər öldürüb, dirildəcəklər? Bir gün yazırlar ki, koronavirusdan ölüb. Bir gün yazırlar ki, təyyarə qəzasına düşüb".

BAKI, 30 yanvar — Sputnik. "Çocuklar Duymasın" serialında Çayçı Hüseyn obrazını ifa edən Alparslan Özmol haqqında çıxan yalan xəbərlərə dözməyib üsyan etdi.

Sputnik Azərbaycan xəbər verir ki, Alparslan Özmol öz Instagram hesabında iki gündən bir haqqında yayılan "Öldü, öləcək, xəstədir..." şayiələrinə aydınlıq gətirib.

Qısa boyu ilə məşhurlaşan aktyor deyib:

"Məni nə qədər öldürüb, dirildəcəklər? Bir gün yazırlar ki, koronavirusdan ölüb. Bir gün yazırlar ki, təyyarə qəzasına düşüb. Gah yazırlar ki, cənazəsini Konyaya apardılar".

"Dostlar, mən sağam. Yaşayıram. Həyatdayam. Öləndə sizə xəbər verəcəm. Adamı xəstə etməyin!", - Alparslan Özmol bildirib.

 

Xəbər lenti
0