BAKI, 30 yanvar — Sputnik. Türkiyənin məşhur müğənnisi Leman Sam və anasından da məşhur olan aktrisa Şevval Sama cəza kəsilib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirus tədbirləri çərçivəsində bağlı olan restoranda yemək yediklərinə görə Leman və Şevval Sama 3.185 lirə pul cəzası verilib.
Yaşadıqları evin altında olan restorana gələn Leman Sam və Şevval Sam orada əyləşərək yemək yeyiblər. Restoranda yerində servis qadağan edildiyinə görə polislər məkana daxil olub, ana və qızını cərimə ediblər.