Yola saldığımız həftə müxtəlif hadisələr və yeniliklərlə zəngin oldu. Artıq iki milyondan çox insanın ölümünə səbəb olan koronavirus pandemiyası ilə mübarizə aparmaq məqsədilə bir çox ölkədə tətbiq edilən məhdudiyyətlərin hələ də qalmasına baxmayaraq, dünya yavaş-yavaş normal həyata qayıdır.
Ancaq bu məhdudiyyətlər hər kəsin ürəyincə deyil. Beləliklə, Niderlandda yeni karantin tədbirlərinə və komendant saatı əleyhinə etirazlar edildi. Etirazlar polislə toqquşmalara və qiyamlara çevrildi. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnağından istifadə etməli oldular və nümayişçilər barrikadalar qurdular.
Eyni zamanda, Polşada minlərlə insan, abortun qadağan edilməsi haqqında qanunun qüvvəyə minməsindən sonra etirazlarını bildirdi. Yeni qanuna görə, hamiləlik yalnız ananın həyatı və sağlamlığı üçün təhlükə olduğu, dölün ciddi və sağalmaz xəstəliyin daşıyıcısı olma ehtimalı yüksək olduğu, həmçinin hamiləliyə səbəb təcavüz və ya qohumluq əlaqəsi olduğu təqdirdə kəsilə bilər.
Keçən həftə dünyanın necə yaşadığını bir daha xatırlamaq üçün sizi planetimizin müxtəlif yerlərindən toplanan fotoşəkillərə baxmağa dəvət edirik. Dünya xəbər agentliklərinin fotomüxbirləri tərəfindən çəkilən unudulmaz hadisələr, emosional anlar Sputnik Azərbaycan-ın həftəlik foto kolleksiyasında.