BAKI, 30 yanvar — Sputnik. Azərbaycanın ABŞ-dakı Səfirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.
"ANCA rəsmi "Twitter" və "Facebook" hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub", - məlumatda qeyd olunub.
— ANCA (@ANCA_DC) January 30, 2021