CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiyanı yarıb gəldilər, qaldı karantin

© Sputnik / Murad OrujovЦеремония открытия моста на реке Самур между Азербайджаном и Россией
Церемония открытия моста на реке Самур между Азербайджаном и Россией - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci il dekabrın 18-dən bəri azərbaycanlılar Rusiyadan ölkəmizə buraxılmırdılar. Bu gün sərhəddə qalan vətəndaşlarımızın bir qrupu sevinib

Leyla Abdullayeva,  Sputnik Azərbaycan 

BAKI, 29 yanvar - Sputnik. Bu gün müəyyən fasilədən sonra pandemiya səbəbindən Rusiyadan  qayıda bilməyən Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verilib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Dağıstan ərazisindən Azərbaycan-Rusiya sərhədində yerləşən Samur sərhəd keçid məntəqəsinə gələn Azərbaycan vətəndaşlarının ölkəyə buraxılmasına artıq başlanılıb.

Əldə etdiyimiz məlumata görə, TƏBİB-in Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Mübariz Zeynalov və tibbi briqadası Azərbaycana gələn vətəndaşlarımızın koronavirusa qarşı ilkin müayinəsini aparıb, test nümunəsi götürüblər. Təxminən 132 nəfər vətəndaş Azərbaycana keçib.

Ölkəyə gətirilən vətəndaşlarımız müayinə baş çatdıqdan sonra BDU-nun Qubanın İkinci Nügədi kəndindəki istirahət mərkəzində karantinə alınacaqlar. Qeyd edək ki, Rusiyadan Azərbaycan vətəndaşlarının ölkəyə gəlişinə sonuncu dəfə 2020-ci il dekabrın 18-də icazə verilmişdi.

Xəbər lenti
0