CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti karantinlə bağlı qərarını dəyişdi

© Official website of President of Azerbaijan RepublicКабинета Министров Азербайджанской Республики, фото из архива
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilib. Dəyişikliyə görə, həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın vaxtı uzadılıb.

BAKI, 29 yanvar - Sputnik. Azərbaycanda şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilib. 

Qərara əsasən, 2021-ci il 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalıdır. 

Qeyd edək ki, bundan öncə qüvvədə olan qərarda 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması əksini tapmışdı.

Xəbər lenti
0