BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda sosial kartların ləğv olunması üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli "Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib. Onun rəsmisinin sözlərinə görə, qurum proseslə tam hazırdır: "Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq".
M. Abbasbəyli bildirib ki, ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq:"Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çekməyi nəzərdə tuturuq".