Xəzərdə güclü zəlzələ olub, şimal rayonları silkələnib

© Sputnik / Murad OrujovВид на Баку с Каспийского моря
Вид на Баку с Каспийского моря - Sputnik Azərbaycan
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

BAKI, 28 yanvar - Sputnik. Xəzər dənizində güclü zəlzələ olub.

Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 21:06-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 4,5 olan yeraltı təkanın dərinliyi 60 km olub.

Zəlzələ sahilyanı rayonlarda - Siyəzən, Şabran və Xızıda 3 bala qədər hiss olunub.

Xəbər lenti
0