Rəmişin vəziyyəti ağırlaşıb

© Photo : APAXalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli
Xalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gitaraçının həyat yoldaşı Güllü Hüseynova bildirib ki, Rəmiş Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

BAKI, 28 yanvar - Sputnik. Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O bildirib ki, Rəmiş Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyətinin ağır olduğunu vurğulayıb.

Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkir.

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub.

Xəbər lenti
0