Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Badamdarda sürüşmə baş verib, sakinlər təxliyə edilib

© Sputnik / Irade JELILBibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər.

BAKI, 28 yanvar - Sputnik. Bakının Səbail rayonu ərazisində Badamdar şossesində torpaq sürüşməsi baş verib. İlkin məlumata görə, torpaq sürüşməsi əvvəl baş verdiyi ərazidə aktivləşib.

Sputnik Azərbaycan xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov APA-ya bildirib ki, ilkin müşahidəyə görə, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb:

"Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib. Sürüşmə zamanı torpaq altında 1 minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdur".

ETSN-in Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları daBadamdardakı sürüşmə ərazisinə gedib.

Xidmətin rəisi Əli Əliyev bildirib ki, hazırda mütəxəssislər Badamdar yolunun sağ yamacında 20-ci km-ə gedən yolda baş vermiş proseslə bağlı ilkin müşahidələr aparırlar:

"Sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb. Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır. Yolun aşağı  hissəsində tikilmiş restoran binasında dağıntı baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlarda kütlənin təsiri ilə dayanıqlığı itirib və aşağı sürüşüb. Süxurlar islanmış süxurlardır. Süxur kütləsinin altından su sızması müşahidə edilir".  

 

Xəbər lenti
0