Xırdalanda baş verən partlayışın talesiz qurbanları - Fotolar

© Sputnik / Zulfiyya GuluyevaXırdalanda dağılmış mənzilin yaxınlığnda
Xırdalanda dağılmış mənzilin yaxınlığnda - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaralanan 10 yaşlı Firuddin anasının və bacısının dəfnində iştirak etmək üçün Ağstafa rayonuna gedib".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayış zamanı xəsarət alanların bir qismi evə buraxılsa da, onların səhhəti nəzarətdə saxlanılır.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova məlumat verib:

"Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti mənim iştirakımla partlayışda xəsarət alan və xəstəxanadan evə buraxılanlarla görüşüb. Biz 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızını müayinə etdik. O, partlayış zamanı başından xəsarət alıb. Başına 9 tikiş qoyulub. Hazırda evdə Abşeron RMX-nın həkim heyəti tərəfindən onun səhhətinə nəzarət edilir. Çünki onun yanaşı xəstəlikləri də var. Digər yaralananların da səhhəti tərəfimizdən nəzarətdə saxlanılır".
© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi - Sputnik Azərbaycan
1/3
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi
© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi - Sputnik Azərbaycan
2/3
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi
© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi - Sputnik Azərbaycan
3/3
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi
1/3
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi
2/3
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi
3/3
Xırdalanda partlayışda yaralananlara evdə tibbi xidmət göstərildi

M.Qaralova bildirib ki, partlayış zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirir. Onun oğlu, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan evə buraxılıb:

© SputnikMehriban Qaralova
Xırdalanda baş verən partlayışın talesiz qurbanları - Fotolar - Sputnik Azərbaycan
Mehriban Qaralova

"Çox təəssüf ki, biz onunla görüşə bilmədik. Çünki o, anasının və bacısının dəfnində iştirak etmək üçün Ağstafa rayonuna gedib. Bu səbəbdən də onunla səhhəti ilə bağlı görüşmək mümkün olmayıb. Amma gəldikdən sonra biz həmin ailənin səhhəti ilə maraqlanmaq, lazımi tibbi yardımı göstərmək üçün görüşəcəyik".

Xatırladaq ki, yanvarın 25-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədi çıxarılıb.

Xəbər lenti
0