Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilib

© Sputnik / Murad OrujovНалоговый кодекс Азербайджанской Республики
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub".

BAKI, 27 yanvar — Sputnik. Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

O vurğulayıb ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqaməti ƏDV-dən müvəqqəti azad olması nəzərdə tutulmuş bir sıra mallar (işlər, xidmətlər) üzrə müddətin uzadılmasıdır: "Aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub. Eyni zamanda, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi və xüsusi təhlükəli xəstəliklərin yarada biləcəyi problemlərin qarşısının alınması, zərgərlik fəaliyyətinin inkişafı məqsədilə bir sıra məhsullar üzrə ƏDV-dən azadolma müddətinin uzadılması zərurəti yaranıb".

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qanun layihəsinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, Məcəllədə buğdanın, buğda ununun və çörəyin idxalı, satışı və istehsalı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilmişdi: "Bu azadolmanın müddəti 1 yanvar 2021-ci il tarixdə bitir. Layihəyə əsasən bu mallara tətbiq olunan ƏDV-dən azadolmanın daha 1 il müddətinə artırılması təklif olunur. Həmçinin kəpəyin istehsalı və satışına tətbiq edilən, 2021-ci il mart ayının 1-nə qədər qüvvədə olan azadolmanın heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi məqsədilə daha 1 il müddətinə uzadılması nəzərdə tutulub".

Samirə Musayeva bildirib ki, sənədə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azadolma müddəti 1 yanvar 2020-ci ildə bitib. Bu proseslər hazırda da davam etdiyindən azadolma müddətinin daha 2 il müddətinə uzadılması məqbul hesab edilir. Eyni zamanda, publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi üzrə ƏDV-dən azadolma müddəti daha 1 il müddətinə artırılır.

DVX-nın rəis müavini zərgərlik sənayesində islahatların aparılması ilə bağlı bu sahədə aparılan azadolmaları da ətraflı izah edib. Qeyd edilib ki, zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi məqsədilə onların aksizdən azadolma müddətinin daha 3 il artırılması nəzərdə tutulur. Samirə Nusayeva bildirib ki, uzun illər erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edildiyini və böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alsaq, sözügedən vergi güzəştləri burada mövcud olan qızıl ehtiyatının səmərəli şəkildə istismar olunmasını təmin edə biləcək. O vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələrinin artırılması mərhələli şəkildə nəzərdə tutulur. Bu artırılmanın istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi diqqətdə saxlanılır.

Müzakirələrdən sonra qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına baxılmaq üçün tövsiyə edilməsi qərara alınıb.

Xəbər lenti
0