Prezident daha bir incəsənət xadimini mükafatlandırıb

© AP Photo / Evan VucciПодпись, фото из архива
Подпись, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin həvəskar fotoaparatlar vasitəsilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən "İlin ən yaxşı fotoqrafı" Fəxri fərmanı ilə təltif edilib.

BAKI, 27 yanvar — Sputnik. Prezident İlham Əliyev Albert Mustafayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, A.Mustafayev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, tanınmış heykəltəraş, Azərbaycan SSR Əməkdar rəssamı (1982), Bakının simvollarından biri olan "Bəhram Gur əjdahanı öldürür" fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professorudur.

Xəbər lenti
0