CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşçi sayını azaltmayan vergi ödəyicilərinə nazirlik pul köçürdü

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов, фото из архива
Пачки азербайджанских манатов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

BAKI, 26 yanvar — Sputnik. Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174.316 muzdlu işçini əhatə edən 18.845 vergi ödəyicisinə 39,06 mln. manat həcmində maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələsi çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində vergi ödəyicilərinə 4 mərhələdə ümumilikdə 246 mln. manatdan çox, fərdi (mikro) sahibkarlara isə 112,17 mln. manatdan çox olmaqla, ümumilikdə 358,2 mln. manata yaxın maliyyə vəsaiti ödənilib.

Xəbər lenti
0