BAKI, 26 yanvar — Sputnik. Türk kinosunun tanınmış komediya aktyoru İlyas Salman ötən gün qatıldığı televiziya proqramında gündəmi alt-üst edən çıxış edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə solçu fikirləri ilə tanınan İlyas Salman: "Rəcəb Tayyib Ərdoğan mənə mükafat verəcəyini desə və mükafatla bərabər böyük miqdarda pul da verəcəyini bilsəm, onun əlindən mükafat almağa getmərəm", - deyib.
ilyas Salman :"Ben gidip Recep Tayyip Erdoğan'dan ödül almam. Çünkü ödülü bu akılsız halkın verdiği oylarla aldı zaten ama o ödülü kötü kullandı" dedi. pic.twitter.com/cTLhPHQgUu
— Mioldu.comVideo (@miolducomvideo) January 25, 2021
Yeşilçam filmlərinin tanınmış aktyoru axirət inancı olmadığını söyləyib: "Ölümdən qorxmuram. Çünki axirətə, cənnət və cəhənnəmə inanmıram. Əgər cənnət və cəhənnəm varsa, mən cəhənnəmi seçirəm. Çünki orada cəhənnəm zəbanilərinin qaynadığı qazanların istisində oturmaq niyyətindəyəm".
Məlumat üçün bildirək ki, aktyor ötən əsrin 70-80-ci illərində Türkiyədə çəkilmiş filmlərin əksəriyyətində rol alıb. "Çöpçüler kralı", "Banker Bilo", "Şaşkın Ördek", "Deliye Her gün Bayram", "Ben Milyoner Değilim", "İbişo", "Aptal Aşık" və s. filmlərdə çəkilən aktyorun əsas tərəf-müqabili Kamal Sunal olub.