Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Peyvəndin ikinci dozasından sonra 20 nəfər koronavirusa yoluxdu

© REUTERS / Albert Gea79-летняя жительница дома престарелых получает инъекцию вакцины Pfizer-BioNTech в Лериде, Испания
79-летняя жительница дома престарелых получает инъекцию вакцины Pfizer-BioNTech в Лериде, Испания - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən araşdırmanın aparılmasında iştirak etmiş şəxslərdən biri olan Anat Ekka Zohar yerli mətbuata açıqlamasında bildirib ki, yoluxma halları peyvəndin ikinci dozası vurulandan bir həftə sonra qeydə alınıb.

BAKI, 26 yanvar — Sputnik. İsraildə Pfizer/BioNTech peyvəndinin ikinci dozası vurulmuş şəxslərdən 20-i koronavirusa yoluxub. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla məlumat yayıb.

Bununla belə, mütəxəssislər bu faizin yüksək olmadığı qənaətindədir. İsrailin "Maccabi" Səhiyyə Xidmətinin apardığı araşdırmalardan sonra məlum olub ki, Pfizer/BioNTech peyvəndinin ikinci dozası ilə vaksinasiya olunmuş 128 min 600 nəfərdən cəmi 20-də virusa yoluxma halı müəyyən olunub. Bu isə ümumilikdə, 0, 015 faiz təşkil edir. Yoluxma halları peyvəndin ikinci dozası vurulandan bir həftə sonra qeydə alınıb.

Sözügedən araşdırmanın aparılmasında iştirak etmiş şəxslərdən biri olan Anat Ekka Zohar yerli mətbuata açıqlamasında bildirib ki, peyvənddən sonra virusa yoluxanlar xəstəliyi yüngül keçiriblər. Belə ki, həmin insanların heç birində hərarət 38,5 dərəcədən yüksək olmayıb və onlar xəstəxanaya yerləşdirilməyiblər.

Xəbər lenti
0