BAKI, 26 yanvar - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu Azərbaycanla sülh imzalanan gün oğurlanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyannamə imzalanmasına etiraz edən insanlar hökumət binasını, parlamenti və baş nazirin mülkünü dağıdıblar, pasport da o vaxt oğurlanıb. Sonra Paşinyan özü də deyib ki, həmin gün imarətindən "kompüter, saat, parfüm, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb".
"Noyabrın 10-da bir qrup insanın Ermənistan hökumətinin binasına hücumu nəticəsində 14 diplomatik pasport oğurlanıb. Onları elə həmin gün XİN ləğv edib. Həmin pasportların arasında Ermənistanın baş nazirinin sənədi də olub", - "Armenpress" Nağdalyanın sözlərini sitat gətirir.
Agentlik yazır ki, "Orbeli" erməni analitik mərkəzinin keçmiş eksperti, Ermənistana girişi qadağan olunmuş Andranik Ovannisyan "azərbaycanlıların Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportunu ona verdikləri" barədə məlumat paylaşıb.