CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhərlər və rayonlararası hərəkət bərpa olundu - Sərnişin daşıyanlar isə cəzalanacaqlar

© Sputnik / © Sputnik / Elvin AhmadПост между районами, фото из архива
Пост между районами, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər kimsə qanunsuz sərnişindaşımaya cəhd edərsə, bunun qarşısı alınacaq. Həmin şəxslər barəsində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcək" - BDYPİ rəsmisi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. "25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunsa da, sərnişindaşımaya olan qadağa qüvvəsində qalır. Ona görə də şəhərlərarası və rayonlararası sərnişindaşıma halları olarsa, bunun qarşısı alınacaq".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib. N.Piriyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub: "Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunub. Bu gündən Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur. Bununla yanaşı, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır. Əgər kimsə qanunsuz sərnişindaşımaya cəhd edərsə, bunun qarşısı alınacaq. Həmin şəxslər barəsində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcək".

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, NK-nın şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması barədə qərarı bəzən səhv başa düşülür: "2021-ci il aprelin 1-dək sərnişindaşımaya qadağa qüvvəsindədir. İnsanlar öz şəxsi avtomobilləri və taksi ilə şəhərlərarası və rayonlararası hərəkət edə bilərlər".

Xəbər lenti
0