SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı rusiyalı deputatın adını "qara siyahı"ya salıb

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidVitali Milonov
Vitali Milonov - Sputnik Azərbaycan
Abunə olmaq
"Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir"

BAKI, 25 yanvar — Sputnik. "Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsini qəti şəkildə pisləyirik".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Məlum olduğu kimi, Dövlət Dumasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Rusiya Dövlət Dumasının üzvü Vitali Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir.

Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Dövlət Dumasının üzvü statusundan istifadə edərək bu münasibətlərə xələl gətirmək cəhdləri qəbuledilməzdir və uğursuzluğa düçardır", - nazirlikdən bildirilib.

Xəbər lenti
0