CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğlu şəhid olan məhkumlar azadlığa buraxılıblar

© AFP 2024 / DOMINIQUE FAGETТюрьма, фото из архива
Тюрьма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan bəziləri vaxtından əvvəl azadlığa buraxılıblar, qanun imkan verən məhkumların cəza müddəti azaldılıb

BAKI, 25 yanvar — Sputnik. Respublikamızda cinayət törətmiş şəxslərdən 8149 nəfəri əfvetmə ilə azadlığa buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında bildirib. İ.Məmmədovun sözlərinə görə, ötən il yaşı 65-dən yuxarı olan şəxslərdən 176 məhkum azadlığa buraxılıb: "Onlardan iki nəfəri ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Ümumilikdə ötən il cəzaların icrası ilə bağlı mühüm işlər həyata keçirilib. Məhkumların saxlanma şəraiti, qidalanması, tibbi-texniki təminatı daim nazirliyin diqqətində olub. Məhkumlarla görüşlərin keçirilməsi pandemiya şəraitində məhdudlaşdırılsa da, görüşlər videoformatda keçirilib".

Nazirlik rəsmisi deyib ki, ötən il 1884 məhkum barədə təqdimatlara baxılıb:

"Müraciətlərin 91 faizinə baxılıb, 334 məhkum cəzadan tamamilə azad edilərək azadlığa buraxılıb. 590 məhkumun cəza müddət azaldılıb. Onlardan 12 nəfəri qadın, 269 nəfəri isə hərbi cinayətləri törətmiş şəxslər olub. Cinayətlər nəticəsində vətəndaşlara dəyən 115 milyon manat ziyan ödənilib".

O qeyd edib ki, Qarabağ müharibəsində şəhid olan, yaralanan şəxslərin ailə üzvlərinin uçotu hazırlanıb:

"Onların sayı çox deyil, təxminən 30-dan çox insandır. Onlardan bəziləri vaxtından əvvəl azadlığa buraxılıb, qanun imkan verən məhkumların cəza müddəti azaldılıb. Həmçinin qanun imkan verdiyi üçün bir məhkuma şəhid oğlunun dəfnində iştirak üçün icazə verilib".

Xəbər lenti
0